Ru
23:43 / 25 Noyabr 2025

Şəmkirdə 35 yaşlı qadın BIÇAQLANDI - Qardaşı saxlanıldı

Şəmkirdə 35 yaşlı qadın BIÇAQLANDI - Qardaşı saxlanıldı
Eye

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Bakupost.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, rayonun Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü M.Nəbiyeva bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Qadın əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı, 25 yaşlı Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar