Ru
21:15 / 25 Noyabr 2025

Bu rayonlarda yumurta qıtlığı YAŞANIR

Bu rayonlarda yumurta qıtlığı YAŞANIR
Eye

Yevlax şəhəri və ətraf rayonlarda yerləşən marketlərdə son günlər yumurta çatışmazlığı qeydə alınıb.

Bakupost.az Ajans.az-a istinadla xəbər verir ki, bəzi ticarət obyektlərində aparılan müşahidələrə görə, fabrik istehsalı olan yumurtaların satışı kəskin azalıb və bir çox marketlərdə məhsulun tamamilə tükənməsi səbəbindən vitrinlər boş qalıb.

Satıcılar bildirirlər ki, yumurta tədarükü ilə məşğul olan müvafiq şirkətlər son günlər məhsulu məhdud sayda məhsul göndərirlər. Bu isə, ümumi tələbat fonunda qıtlıq yaradaraq satışda fasilələrə səbəb olur.

Onların sözlərinə görə, gətirilən yumurta az müddətdə satılıb qurtarır. Həmçinin, yumurtanın qiymətində də artım müşahidə olunub. Satıcılar qiymətlərin 1–2 qəpik bahalaşdığını qeyd ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar