Ru
20:24 / 25 Noyabr 2025

"Real"da ciddi itki

"Real"da ciddi itki
Eye

“Real”ın əsas qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 5-ci turunda Yunanıstanda “Olimpiakos”la keçiriləcək səfər oyununu buraxacaq.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı belçikalı qapıçıda mədə-bağırsaq infeksiyası aşkarlanıb.

Gözlənilir ki, bu mövsüm “Real”ın heyətində hələ meydana çıxmamış ukraynalı qapıçı Andrey Lunin Kurtuanın yerini tutacaq.

Komandalar arasındakı oyun noyabrın 26-da baş tutacaq və Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar