Ru
20:47 / 25 Noyabr 2025

Rusiya, görün, nələri itirdi - Rus yazıçı

Rusiya, görün, nələri itirdi - Rus yazıçı
Eye

Bir rus yazıçısının Rusiyanın gələcəyi barədə statusu:


Putin təkcə Rusiyanın keçmişini və bu gününü yox, həm də onun gələcəyini məhv etdi. Ruslar bu gün müharibənin yalnız birbaşa nəticələrini görürlər, yeni məzar sıraları, hərbiləşdirilmiş iqtisadiyyat, qiymətlərin artması, inflyasiya və s. Amma bunlar aysberqin yalnız görünən hissəsidir. Rusiya artıq birinci dünya ölkəsi olmaqdan çıxıb, az müddət ikinci dünya ölkələri arasında qaldı və sürətlə üçüncü dünya ölkəsinə çevrilir.

Rus elmini isə ümumiyyətlə unuda bilərik. On minlərlə ən yaxşı alim ölkəni tərk etdi. Demək olar ki, bütün elmi əlaqələr qırılıb. Müasir elm minlərlə kollektivin dünya üzrə əməkdaşlığıdır. Normal alimlər Rusiyayla əməkdaşlıq etməyəcəklər, elementar ikrah ucbatından. Geri qalma sürətlə artır və çox tezliklə Rusiya ilə Qərb arasındakı elmi uçurum bu gün Şimali Koreya ilə Cənubi Koreya arasındakı fərqə bənzəyəcək.

Rusiya bütöv bir nəsil ağıllı və istedadlı insanları itirdi. Rejissorlar, biznesmenlər, proqramçılar, yazıçılar, rəssamlar ölkəni tərk etdilər. Onların uşaqları Rusiyada doğulmayacaq və böyüməyəcək. İnnovasiya isə birbaşa olaraq kreativ sinfin sıxlığından asılıdır. Silikon vadisi Stanforda görə deyil, istedadların sıxlığının yüksəkliyinə görə formalaşıb.

Rusiya təkcə elmi kəşflərə deyil, ən müasir texnologiyalara da çıxışı itirib. Heç kim ona nə yeni prosessorlar, nə də yüksək texnologiyalar verməyəcək. Ölkə tank düzəltməklə məşğul olduğu illərdə, İT-də, biotexnologiyada və onlarla digər sahədə baş verən inqilabları ötürdü. Artıq ən azı 15 illik geriqalma var və bu fərq sürətlə artır. Amma bunlar hələ başlanğıcdır.

"İqtisadi mürəkkəblik indeksi" (ECI) deyilən bir mühüm anlayış var. Bu, ölkənin ixrac etdiyi məhsulların müxtəlifliyi və mürəkkəbliyinin göstəricisidir. Müharibədən əvvəl Rusiyanın ECI-si orta idi (xammal + bir az yüksək texnologiya). Amma artıq bu indeks çöküb. Yüksək texnoloji ixrac öldü (sanksiyalar + kadr itkisi), Rusiya sürətlə mono-iqtisadiyyata qayıdır (neft, qaz, taxıl). Bu onilliklər üçün bir tələdir, buradan çıxmaq çox çətindir. Enerji daşıyıcılarının qiymətləri düşsə, fəlakət başlayacaq.

Çekistlərin hökmranlığı təkcə elmi və mədəniyyəti deyil, iqtisadiyyatı da öldürür. Rusiyada bir nəsil sahibkar tamamilə itiriləcək. Startap üçün nə lazımdır? İnvestorlar, ədalətli məhkəmə sistemi, texnologiyalar. Uğurlu sahibkarlar misal kimi. Biznesi genişləndirmək və qlobal bazara çıxmaq imkanı. Bəs faktiki olaraq nə var? Məhkəmə sistemi tam çürüyüb - bir telefon zəngi ilə istənilən biznesi əlindən almaq olar. Böyük investorlar getdi. Qlobal bazara çıxmaq mümkün deyil...

Kamran Cəfərov

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar