Bir neçə ay bundan öncə fərqli qiymətə təklif olunan bağçaların indi qiymətləri 100 manata qədər artıb. Hətta elə bağçalar var ki, qiymət artımı daha çoxdur.
Bakupost.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu iddialarla mediaya şikayətini bildirən valideyn Günel Bayramlının sözlərinə görə, qiymət artımı daha çox Elm və Təhsil Nazirliyinin qrant layihəsinə qoşulan bağçalarda hiss olunur.
Valideynləri maraqlandıran da budur ki, birdən birə bu qədər qiymət fərqinin yaranmasına səbəb nədir?
Məsələnin nə qədər dəqiq olduğunu öyrənmək üçün bir necə bağça ilə telefon əlaqəsi saxlanıldı. Onlar da qiymət artımının olduğunu təsdiqlədilər.
Hər bağça qiymətlərin artırılmasının səbəbini isə fərqli şəkildə izah etdi.
Bəziləri isə artırılan qiymətlərin artımının davam edəcəyini bildirdi. Yəni qrant layihəsi zamanı tələblərinin daha da artacağı təqdirdə qiymətlərə yenidən baxılacaq.
Elm və Təhsil Nazirliyindən isə məsələ araşdırılacağı bildirildi.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.