Ru
10:33 / 26 Noyabr 2025

"Sən göylərə qovuşdun, mənsə..." - Yanğında 7 yaşlı qızını itirən ata fəryad etdi - FOTO

"Sən göylərə qovuşdun, mənsə..." - Yanğında 7 yaşlı qızını itirən ata fəryad etdi - FOTO
Eye

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri də tanınmış vəkil Əli Qəmbərovun 2018-ci il təvəllüdlü qızı Arzu Qəmbərli olub.

Bakupost.az xəbər verir ki, vəkil övladı ilə bağlı sosial şəbəkədə yeni paylaşım edib.

“Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəm. Bağışla, qoruya bilmədim səni…”, – deyə o yazıb.

Qeyd edək ki, yanğın zamanı 3 nəfər həyatını itirib, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Lalə, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar