Keçmiş Fəhlə prospektinə yeni radarlar quraşdırılıb.
Bakupost.az xəbər verir ki, indiki 8 noyabr prospektinə yeni radar qurğuları yerləşdirilib. Qurğular keçidin üstünə quraşdırıldığı üçün adi halda görünməsi çətindir.
Bu səbəbdən də radarın görüntülərini çəkib sosial şəbəkədə paylaşan şəxs sürücüləri diqqətli olmağa çağırıb.
Sözügedən prospekt şəhərin mərkəzini şəhərin Xətai rayonu ilə birləşdirir. SSRİ vaxtı Fəhlə prospekti, daha sonra isə Nobel prospekti adlandırıldı.
Qeyd edək ki, 8 Noyabr prospektində sürət həddi 60 km/saatdır və həddi aşan sürücülər cərimələnəcəklər.