Ru
11:01 / 26 Noyabr 2025

SSRİ bayrağı qaldıran İbrahim Əsədli kimdir? – FOTOLAR

SSRİ bayrağı qaldıran İbrahim Əsədli kimdir? – FOTOLAR
Eye

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd etdiyinə və digər qanunsuz hərəkətlərinə görə saxlanılan şəxslərdən İbrahim Əsədli həkimdir.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur. O, bir müddət əvvəl onkoloji xəstəlikləri alternativ üsullarla müalicə etməklə bağlı dedikləri ilə gündəmə gəlmişdi.

Daha əvvəl isə İbrahim Əsədli işlədiyi “Loğmed” klinikasındakı kabinetində sevgilisi ilə birlikdə həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunurdu. Həmin vaxt həkimin xanımı mətbuata və polisə onun əməlləri ilə bağlı şikayətlər etmişdi.

Qeyd edək ki, polis əməkdaşları İ.Əsədlinin iş yerinə baxış keçirərkən oradan çoxsaylı ideoloji vasitələr və SSRİ bayraqları aşkar edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar