Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakupost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 99 saylı Komplekt Transformator Məntəqəsində (KTM) 26 noyabr tarixində təmir-təftiş işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Biləcəri qəsəbəsi DSK yolu, yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.