Ru
11:40 / 26 Noyabr 2025

Dələduz universitet müəlliminin məhkəməsi başladı – 200 min mənimsəyib

Dələduz universitet müəlliminin məhkəməsi başladı – 200 min mənimsəyib
Eye

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Qənbərov Cəbrayıl Rəfael oğlunun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə dövlət ittihamçısının ittiham aktını elan etməsi ilə başlayıb.

Təqsirləndirilən C. Qənbərov özünü qismən təqsirli bildiyini dedi.

Şahid Abdullayeva Rəna şikayətinin ancaq hazırda Şəki İstintaq Təcridxanasında saxlanılan digər təqsirləndirilən Zaur Musayevlə bağlı olduğunu dedi.

Zərərçəkənlər Aslanov Səyyar, Bağırov Elçin ilkin ifadələrini təsdiq etdiklərini bildiriblər.

Bundan sonra digər şahidlərin iştirak etməsi üçün növbəti proses 17 dekabr saat 14:30-a təyin edilib.

Xatırladaq ki, Bakı Biznes Universitetində metodist-müəllim işləmiş Cəbrayıl Qənbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir. Təqsirləndirilən şəxs zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək. Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar