Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun telefon dinləmələri, görünür, Britaniya kəşfiyyatı tərəfindən mediaya sızdırılıb.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“Onlar hazırkı formasında hətta Ukrayna üçün də faydalı olan müqavilənin imzalanmasını pozmaq istəyir, bu, olduqca diqqət çəkir”, - o bildirib.
Qeyd edək ki, “Blumberq” agentliyi Uşakov, Dmitriyev və Uitkoffun telefon danışıqlarının iki transkriptini dərc edib.