Ru
14:51 / 26 Noyabr 2025

Fatih Altaylı ilə bağlı həbs qərarı – Prokuror 5 il istəmişdi

Fatih Altaylı ilə bağlı həbs qərarı – Prokuror 5 il istəmişdi
Eye

Prezident Rəcəb Tayyib Ərdoğana yönəltdiyi ifadələrə görə həbs edilən və ən azı 5 il həbs tələbi ilə mühakimə olunan Fatih Altaylının məhkəmə işində qərar açıqlanıb.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalist öz “YouTube” kanalında Prezident Ərdoğanla bağlı səsləndirdiyi sözlərə görə həbs edildiyi işin ikinci məhkəmə iclasına baxılıb. Hakim iclasda prokurorun rəy təqdim etdiyini bildirib.

Prokuroru Fatih Altaylının “Prezidenti hədələmə” maddəsi üzrə ən azı 5 il həbs cəzası ilə cəzalandırılmasını istəyib.

Məhkəmə hökmünü elan edərək Fatih Altaylını qeyd olunan ittihamla 4 il 2 ay həbs cəzasına məhkum edib və onun həbsdə saxlanılması barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, jurnalist bu il iyunun 22-də həbs olunub.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar