Ru
15:34 / 26 Noyabr 2025

Klinikada ölən qadınla bağlı açıqlama - RƏSMİ

Klinikada ölən qadınla bağlı açıqlama - RƏSMİ
Eye

Dünən saat 10:30 radələrində 72 yaşlı qadın yüksək təzyiq şikayəti ilə Sumqayıtdakı 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” iynəsi (inyeksiya) vurulub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən məlumatına görə, inyeksiya zamanı xəstənin halı pisləşmiş, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib..

Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülüb, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilib.

Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:30 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub.

İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilmiş, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olub.

Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib", - məlumatda qeyd olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar