Ru
14:02 / 14 Noyabr 2025

Bu mağaza Cabir İmanovun imiş – VİDEO

Bu mağaza Cabir İmanovun imiş – VİDEO
Eye

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində özünə məxsus mağazası olduğu məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Əməkdar artist Bəhram Bağırzadə sosial mediada paylaşıb. O, Cabir İmanovun həmin mağazada öz əl işlərini satışa çıxardığını bildirib.

Bəhram Bağırzadə paylaşımında, " Murtuza Muxtarov küçəsi, 3… “BYJABA” salon-mağazası… Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını yaşadır. Burada gördüyünüz hər şey – “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar, şərflər, qalstuklar, kəpənəklər, eləcə də eksklüziv çilçıraqlar – onun dizaynıdır. Bu mağaza Cabirin böyük ürəyindən doğan ideyaların və istedadının izlərini daşıyır”, – yazıb.

Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da idman zalında infarkt keçirərək dünyasını dəyişmişdi.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar