Ru
18:20 / 16 Fevral 2026

Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?

Bu məktəbin tikintisi niyə 4 ildir başa çatmır?
Eye

Bakı şəhəri 68 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir. Layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaransa da, hazırda təmir-tikinti işləri davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Bakı şəhəri Üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, valideynlər 68 nömrəli məktəbin tikintisinin uzun müddətdir dayanmasından narazıdırlar. Bildirilir ki, artıq 4 ildir şagirdlər müvəqqəti olaraq digər məktəblərdə təhsil alırlar. Mövcud vəziyyətlə əlaqədar bütün siniflər üzrə dərslər saat 14:00-da başlayır. Xüsusilə 9, 10 və 11-ci sinif şagirdlərinin də dərslərinin günün ikinci yarısında təşkili valideynlərin narahatlığına səbəb olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar