Ru
18:41 / 16 Fevral 2026

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır
Eye

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdədir. Azərbaycan Prezidentinin səfəri, Azərbaycanla Serbiya eləcə də, Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi-enerji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq.

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov yazıb.

“İki dövlət arasındakı dostluq münasibətləri qarşılıqlı ticarət dövriyyəsinə də təsirsiz ötüşməyib. 2025-ci ildə Azərbaycan və Serbiya arasında 134.6 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Azərbaycan Serbiyaya 120.6 milyon dollarlıq mal ixrac edib. Bu o deməkdir ki, Serbiya ilə ticarət dövriyyəsində Azərbaycanın 106.6 milyon dollarlıq müsbət saldosu var.

16 ölkəyə təbii qaz nəql edən Azərbaycan Avropanın, xüsusilə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə daha yaxın töhfə verir. Eyni zamanda iqtisadiyyatın fərqli sferalarında, o cümlədən turizmdə, nəqliyyatda sərmayə qoyuluşları sahəsində əməkdaşlığın daha da güclənəcəyi gözlənilir. Bu da ondan xəbər verir ki, cənab Prezidentin səfəri həm də Serbiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin dərinləşməsi və bütövlükdə tərəfdaş Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərimizin güclənməsinə gətirib çıxaracaq.

Bu səfər dövlətlər arasındakı münasibətlərdə yeni səhifə açacaq”, - deputat əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar