Polşa Ukraynaya doqquz ədəd köhnəlmiş MiQ qırıcı təyyarəsi tədarük edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Pavel Zalevski deyib.
Zalevskinin sözlərinə görə, hökumət artıq bu məsələ ilə bağlı qərar qəbul edib.
“Ukrayna Müdafiə Nazirliyindən cavab gözləyirik. Müzakirələr davam edir... bunlar tamamilə texniki müzakirələrdir”, - o bildirib.
Qeyd edək ki, Polşa bunun əvəzində Ukraynada hazırlanmış pilotsuz uçuş aparatı texnologiyası alacaq.
Asena,
BakuPost