Ru
17:56 / 20 Avqust 2025

Bu ölkədə məktəblilərə pulsuz yemək veriləcək - Gündə iki dəfə

Bu ölkədə məktəblilərə pulsuz yemək veriləcək - Gündə iki dəfə
Eye

Rusiya Dövlət Dumasına məktəblilər üçün pulsuz ikinövbəli (gündə iki dəfə) qidalanma təmin edilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub. Hazırda ölkədə yalnız ibtidai sinif şagirdləri və imtiyazlı kateqoriyalara aid uşaqlar gündə bir dəfə isti yeməklə təmin olunurlar.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, qanun layihəsini Dövlət Dumasının nəzarət komitəsinin birinci sədr müavini Dmitri Qusev təqdim edib.

Deputatın sözlərinə görə, hazırda Rusiyada 18 milyondan çox məktəbli təhsil alır və onların bir çoxu xroniki xəstəliklərdən əziyyət çəkir:

“Bunun səbəblərindən biri də müntəzəm üçdəfəlik qidalanmanın olmamasıdır. Bizim qanun layihəmiz valideynlərə sabaha inam verir. Bu təşəbbüsün federal səviyyədə həyata keçirilməsi ölkə üzrə uşaqların sağlamlığının qorunmasına mühüm töhfə olacaq”, – deyə D.Qusev bildirib.

Hazırkı qaydalara görə, pulsuz isti yemək yalnız ibtidai siniflərdə oxuyan uşaqlara (1-4-cü siniflər), həmçinin imtiyazlı kateqoriyalara aid şagirdlərə – çoxuşaqlı ailələrdən olanlara, sağlamlıq imkanları məhdud uşaqlara və yetimlərə verilir. Digər hallarda şagirdlər yeməyi öz hesabına alırlar.

Ayxan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar