Ru
15:23 / 08 May 2026

Bu ölkədən gözlənilməz etiraf: Türkiyədən öyrənirik

Bu ölkədən gözlənilməz etiraf: Türkiyədən öyrənirik
Eye

Belçikanın müdafiə naziri Teo Franken Türkiyə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, o, Türkiyə müdafiə sənayesinin innovasiya, istehsal və yüksək ixtisaslı kadr potensialı baxımından çox yüksək səviyyədə olduğunu bildirib.

Franken qeyd edib ki, Türkiyə müdafiə sənayesi “rol model” kimi qəbul edilir və Belçika heyətindəki bir çox şirkət bu sahədən öyrənməyə böyük maraq göstərir.

Nazir 10-14 may tarixlərində Ankara və İstanbulda keçiriləcək Belçika İqtisadi Missiyası çərçivəsində iki ölkə arasında 40-a yaxın sazişin imzalanacağını açıqlayıb. Onun sözlərinə görə, yaxın günlərdə bu rəqəmin daha da artması gözlənilir.

Türkiyənin regional əhəmiyyətinə də toxunan Franlen bildirib ki, ölkə Asiya, Yaxın Şərq və Avropa arasında strateji mərkəz rolunu oynayır və Belçika üçün mühüm ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət həcmi 8 milyard dollar səviyyəsindədir.

NATO mövzusuna da toxunan nazir alyans daxilində birliyin vacibliyini vurğulayıb: “Bölünəriksə uduzarıq, birləşsək ayaqda qalarıq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar