Ru
19:17 / 12 Sentyabr 2025

Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək - Zelenski

Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək - Zelenski
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ Ukraynanın müdafiəsini hava hücumundan müdafiə (HHM) sistemləri və döyüş təyyarələri ilə təmin edə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

"Bu, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək. Üstəlik, Putin (Rusiya Prezidenti Vladimir Putin - red.) öz hərəkətləri ilə bunu etməyin lazım olduğunu göstərir", - Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Rusiya öz hərəkətlərinə görə cəzasız qalır və onu dayandırmağın yeganə yolu təhlükə altında olan ölkələrin hava məkanını etibarlı şəkildə qorumaqdır.

V.Zelenski Rusiya dronlarının Polşaya məqsədyönlü şəkildə girməsinin, eləcə də Ukraynaya zərbələrin - məsələn, Yarovayanın atəşə tutulması və ya avqustun 28-də paytaxta hücumun da cəzasız qaldığını bildirib.

O hesab edir ki, Rusiyanı dayandırmağın bir neçə yolu var - ölkə törətdiyi hər bir təxribata görə güclü cavablarla üzləşməlidir. "Yalnız təzyiqlə, xüsusilə iqtisadi təzyiqlə", - o bildirib.

Zelenskinin fikrincə, digər yol təhlükə altında olan ölkələrin səmasını etibarlı şəkildə qorumaqdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar