Ru
13:04 / 25 İyul 2025

Bu stansiyada avtomobil dayanacağı TİKİLƏCƏK

Bu stansiyada avtomobil dayanacağı TİKİLƏCƏK
Eye

Bakı metrosunun “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.

Bakupost.az modern.az-a istinadla xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.

Layihələndirmə Türkiyənin “Yüksel Proje” şirkəti tərəfindən icra ediləcək.

Qeyd edək ki, ötən gün şirkətlə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar