Ru
17:06 / 11 Sentyabr 2025

Bu tarixdən güclü maqnit qasırğası olacaq – DİQQƏT!

Bu tarixdən güclü maqnit qasırğası olacaq – DİQQƏT!
Eye

Sentyabrın 13-14-də Günəşdə yaranmış böyük tac dəliyi səbəbindən Yer üzünü güclü maqnit qasırğaları bürüyəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

“Beşballıq şkala üzrə 2 və 3-cü səviyyəli yeni maqnit qasırğalarının sentyabrın 13-14-dən etibarən, həftəsonunda yaranması gözlənilir”, – məlumatda bildirilir.

Laboratoriyada həmçinin vurğulanıb ki, sentyabr ayının ilk 10 günü qeyri-adi dərəcədə yüksək geomaqnit fəallığı ilə seçilib ki, buna planetar miqyaslı artıq üç maqnit qasırğasının baş verməsi sübutdur.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar