Ru
11:09 / 27 Avqust 2025

Bu vətəndaşlara sosial ödənişlər verilməyəcək - Fonddan XƏBƏRDARLIQ

Bu vətəndaşlara sosial ödənişlər verilməyəcək - Fonddan XƏBƏRDARLIQ
Eye

Şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmir. Son günlər bununla bağlı müraciətlərin sayı artıb.

Bakupost.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib.

O bildirib ki, Fondun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır:

“Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil. Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar