Ru
13:45 / 27 Avqust 2025

İranın 3 bölgəsində atışma: 13 nəfər öldürüldü - VİDEO

İranın 3 bölgəsində atışma:  13 nəfər öldürüldü - VİDEO
Eye

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan və İranşəhr rayonlarında silahlı qarşıdurma başlayıb.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampanyası məlumat yayıb.

Məlumata görə, hər iki bölgəyə çoxlu sayda hərbçi, təhlükəsizlik və polis əməkdaşları cəlb olunub.

Bildirilib ki, qarşıdurma hələ də davam edir, ölən və yaralananların dəqiq sayı məlum deyil.

Təhlükəsizlik qüvvələrinin mühasirəyə aldıqları silahlı şəxslərə qarşı ağır silahlardan və PUA-lardan istifadə etdiyi qeyd olunur.

SEPAH-ın "Qüds" qüvvələri yaydığı bəyanatda Səravan, Xaş və İranşəhr bölgələrində antiterror əməliyyatlarına başlanıldığını bildirib.

Bəyanatda 13 silahlının öldürüldüyü, bir neçəsinin isə ələ keçirildiyi deyilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar