Ru
15:48 / 27 Avqust 2025

AFFA futbolçunun formasına görə bu klubu cərimələdi

AFFA futbolçunun formasına görə bu klubu cərimələdi
Eye

Misli Premyer Liqasının II turunun "Kəpəz" - "Karvan-Yevlax" oyununda Yevlax təmsilçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün cərimələnib.

Bakupost.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt edilməsinə baxmayaraq, analoji hal yenidən təkrarlandığı üçün klub 1500 manat cərimələnib.

"Turan Tovuz" - "Araz-Naxçıvan" matçında isə Naxçıvan təmsilçisi dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar