Ru
15:46 / 27 Avqust 2025

MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

MİQ üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI
Eye

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bu barədə Bakupost.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər sentyabrın 2-də saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq edildiyini yoxlamaq tövsiyə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar