Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov bu həftə ABŞ-yə səfər edəcəklər.
Bakupost.az “Bloomberg”-ə istinadən xəbər verir ki, onlar ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşəcəklər.
Mənbənin bildirdiyinə görə, səfərin əsas mövzusu Ukrayna münaqişəsinin müzakirəsi və təhlükəsizlik zəmanətləri olacaq.
Bundan əvvəl Uitkoff “Fox News” telekanalına verdiyi müsahibədə Nyu-Yorkda Ukrayna nümayəndələri ilə keçiriləcək görüşü anons etmişdi.
Aysel,
BakuPost