Ru
15:28 / 27 Avqust 2025

Bakıda avtobuslarda gediş haqqı 1 manat olacaq?

Bakıda avtobuslarda gediş haqqı 1 manat olacaq?
Eye

Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı məsələ gündəmin əsas mövzularından birinə çevrilib. Son həftələrdə həm sərnişinlər, həm də ekspertlər arasında bu barədə müzakirələr getdikcə güclənir.

Bakupost.az xəbər verir ki, hazırda paytaxtda metroda gedişhaqqı 50 qəpik, avtobus marşrutlarında isə məsafədən asılı olaraq 50 qəpik-1 manat arası dəyişir.

Lakin nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması səbəbindən yeni tariflərin müəyyənləşdirilməsi ehtimalı daha real görünür. Paytaxt sakinlərinin əksəriyyəti sosial şəbəkələrdə məsələyə narazılıqla yanaşır.
Onlar hesab edirlər ki, gedişhaqqı artırılmazdan əvvəl ictimai nəqliyyatın xidmət keyfiyyəti yaxşılaşdırılmalıdır.

Sərnişinlər xüsusilə avtobusların köhnəlməsi, sıxlıq və dayanacaqlarda intizamsızlıqdan şikayətlənirlər. Sosial şəbəkələrdə yazılan şərhlərdən birində qeyd olunur:
"Hər gün avtobusda sıxlıqdan nəfəs almaq mümkün olmur. Gedişhaqqını qaldırmaq çıxış yolu deyil, əvvəlcə şərait düzəldilməlidir".

Nəqliyyat Nazirliyi və Tarif Şurası bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin ekspertlər ehtimal edirlər ki, payız aylarında yeni tariflərin müzakirəsi gündəmə gətirilə bilər.

Nəqliyyat üzrə ekspert Azər Allahverdiyev Musavat.com-a açıqlamasında bildirib ki, tarif dəyişikliyi qaçılmaz ola bilər:
“İctimai nəqliyyatda sərnişin daşınmasının maya dəyəri son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu artımı əsasən yanacaq, ehtiyat hissələri və işçi qüvvəsi xərclərinin bahalaşması şərtləndirir.

Lakin nəzərə almaq lazımdır ki, qiymət artımı insanların sosial vəziyyətinə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, sərnişinlər üçün əlavə yük olacaq”.

Şərhlər
  • Təranə Həsənova

    Nə üçün kasıb xalqın vətəndaşı düşünülmür?! Zətən Avtobuslar özbaşınalıq edir dayanacaqlard saxlamır, millət üst üstə gedir, avtobuslar normal intervalda işləmir bir avtobusu min 25 dəq gözləyirik onun qarşılığında gediş hakqı qalxır, niyə?! Niyə?!! Əmək haqqı qalxmadığı hakda niyə gediş hakqı qalxır? insan deyilik mi? Kasıb təbəqəni birdəfəlik yer üzündən silmək mi niyyətiniz?!

  • Ələkbərov Ramiz

    Məncə bir az bu xalqı bu milləti də fikirləşsəniz yaxşı olar ilbə - il artırırsız bu xalqı da fikirləşin də 10 milyon xalqığ. Nə qədər kasıb təbəqələr var ilbə-il dədələrinin qiymətini qaldırıb qoyursunuz. Bir az insafınız olsun. Şəhid ailələri var, qazilərimiz var. Bir o qalmışdı ki Xarab olmuş avtobusunuzun ehtiyat hissələrini düzəltmək üçün camaatdan pul qopardasız. Tarif şurası qiymət qaldırınca əhalini də fikirləşsin bir zəhmət

  • Ələkbərov Ramiz

    Bu xalqıda fikirləşmək lazımdır. Qiymət artımı xalqın tələbinə uyğun olmalıdı. İmkansız ailələr var. Onların da tələbləri diqqətə alınmalıdır. Yoxsa kimin ürəyi necə istəyir elə qiymət qaldırmaq olmaz. Bu xalqı bu milləti də düşünmək lazımdır. Axı bu camaat yazıqdı niyə metro və avtobuslarda qiymət 1 manat olmalıdı. Bu camaatıda fikirləşin də dədələrinin qiymətini qoyublar

  • TURAL RƏSULOV

    Əhalini düşünsünlər bu bir ikincisi minimum əməkhaqqi o deyil bir de resmi melumat elə bir qerar yoxdu bezi qeyri menbeler deinformasiya buraxmasinlar

  • Cəmşid Dərələyəzli

    Lazımdı. Dəstəklənsin. Əslində xalqın, xüsusən də avtobusa eytiyacı olan təbəqənin günbə- gün artan gəlirlərinin qabağında gediş haqqını 100% yox, yaxşı olardı indiki halda 150% artırıslsın.

  • B.Kolxozdar

    AzSSR, ümum-sosial dövründə kolxozda da, sənayedə də nə qədər çox səmərəli-faydalı iş görülsə İşə Götürənə də sərfəli idi, İşçi də çox qazanırdı! Tərsinə yönələndə müəssisə də, İŞ də rentabelsiz olur və tezliklə bağlanır-silinirdi? HaZırın bir çıxış prinsipi var tam optimal+(vergiyə)gəlir qiymət təyin edilsin. İllik hesabatı ödəyə bilməyən tərkib dəyişilsin. Bu başda avtobus və metroya da bir manat müəyyən edilsin ki, heç boşuna evdən çıxmasın? VOENlə, qazancdan vergi ilə çalışan yol-hərəkəti nizamına sadiq taksilərə də azad fəaliyyət izni verilsin ki, heç yolda qalmasın?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar