Sədərək Ticarət Mərkəzində əlbəyaxa dava düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, insidentə səbəb Dövlət Reklam Agentliyinin əməkdaşlarının reklam lövhələrini sökmək istəmələri olub. Mühafizəçilərin fiziki şiddəti ilə qarşılaşan reklamçılar Ticarət Mərkəzindən qovulublar.
Mərkəzin mühafizəçiləri agentliyinin əməkdaşlarını döyüb ticarət mərkəzindən qovublar.