Britaniya hakimiyyəti Fransadakı böhrana görə La-Manş boğazını keçən qeyri-qanuni miqrantlara qarşı mübarizənin zəifləyəcəyindən ehtiyat edir.
Bakupost.az xəbər verir ki, bu barədə “The Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir: "Fransada siyasi vəziyyət çətindir. Biz hələ də ümid edirik ki, onlar bunu qaydaya salacaqlar, lakin bu hadisələrə görə vəziyyət daha da çətinləşib".
Söhbət La-Manş boğazında miqrantların olduğu qayıqların tutulmasından gedir. Fransa qanunlarına görə, artıq boğazı keçən miqrantları tutmaq qadağandır - Fransa hüquq-mühafizə orqanları ayrı-ayrı hallarda müdaxilə edə bilər.
Fransa polisi artıq quruda miqrasiya axınının dayandırılmasına imkan verən dəniz qanunvericiliyinə dəyişikliklərin lehinə çıxış edib.
Zaur, BakuPost