Ru
13:38 / 17 Sentyabr 2025

Cavidan Osmanlıya cinayət işi açıldı

Cavidan Osmanlıya cinayət işi açıldı
Eye

Vəkil Cavidan Osmanlıdan edilən şikayətlər əsasında cinayət işi başlanılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, vəkil barəsində Pirallahı Rayon Polis İdarəsinə müraciət edilib.

İlkin iddialara görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinir.

Zərərçəkənlərin şikayətləri əsasında başlanan cinayət işi üzrə Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.

Vəkil Cavidan Osmanlı isə açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib. O, məsələdən xəbərsiz olduğunu da əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar