ABŞ Prezidenti Donald Trampın təyyarəsi ilə “Spirit Airlines”in hava sərnişin gəmisi Nyu York səmasında toqquşmaq təhlükəsi yaşayıblar.
Bakupost.az “Mirror”a istinadən xəbər verir ki, sərnişin təyyarəsinin prezident təyyarəsinə çox yaxınlaşdığı müşahidə olunub.
Trampın təyyarəsinin Nyu-York üzərində uçarkən, “Spirit Airlines”ə məxsus başqa bir təyyarənin eyni uçuş marşrutu ilə hərəkət etdiyi görülüb. Hava hərəkətini idarə edən dispetçerlər dərhal sərnişin təyyarəsinin pilotlarına istiqaməti dəyişməyi tapşırıblar. Nəticədə təhlükənin qarşısı alınıb.
Beləliklə təyyarələr bir-birindən bir neçə mil məsafədə qalıblar. Dispetçer əsəbi şəkildə pilotlara “diqqətli olun” və “”iPad”dən ayrılın” deyib.
Aysel,
BakuPost