Ru
20:13 / 04 Avqust 2026

Ceki Çan Bakıda belə görüntüləndi - VİDEO

Ceki Çan Bakıda belə görüntüləndi - VİDEO
Eye

“Oskar” mükafatlı dünyaca məşhur aktyor Ceki Çan Bakıya gəlib.


“Bakupost” xəbər verir ki, o, “Tanrının zirehi 4: Ultimatum” adlı filmin çəkilişləri üçün ölkəmizə səfər edib.

Filmin çəkilişlərinin Qazaxıstanda və Azərbaycanda baş tutacağı bildirilir.

Qeyd edək ki, 72 yaşlı aktyor sözügedən filmdə yenidən məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Ekran işinin kadrlarında İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı yer alacaq.

Xatırladaq ki, “Tanrının zirehi 4: Ultimatum” filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar