Ru
11:10 / 04 Oktyabr 2025

Çəkiliş qrupunu görən bağça müəllimi pəncərədən qaçdı - VİDEO

Çəkiliş qrupunu görən bağça müəllimi pəncərədən qaçdı - VİDEO
Eye

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sünbül" körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib.

Bakupost.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb.

Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib.

Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist qrupunu görən Leyla müəllimə əvvəlcə özünü ayaqyolunun içərisində kilidləyib. Ardınca isə çıxış yolu tapa bilməyərək tualetin pəncərəsindən hoppanaraq ərazini tərk edib.

Faktla bağlı araşdırmalara başlanılıb.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar