Cəlilabadda qətl hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, fevralın 16-da saat 13 radələrində 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.