Bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Hazırda səhiyyə camiəsində əsas müzakirə mövzusu onun yerinə kimin təyin olunacağıdır.
Bakupost.az-a TƏBİB-ə yaxın mənbələrdən verilən məlumata görə, bu posta Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirovun namizədliyi gündəmdədir.
Lakin mənbələr bildirir ki, Elçin Əmirovun hazırda “vurulan komanda”ya yaxın fiqur kimi qiymətləndirilməsi onun namizədliyinə münasibətdə müəyyən suallar yaradır.
Kuluarlarda bu səbəbdən onun postu alacağına tam əminlik olmadığı da qeyd olunur. Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmriylə gətirilib.
Digər tərəfdən, əldə etdiyimiz başqa məlumatlara əsasən, yaxın günlərdə İcbari Tibbi Sığorta Agentliyində də ciddi kadr dəyişiklikləri gözlənilir. Bildirilir ki, qurumun strukturunda da yenilənmə aparılacaq və formalaşdırılacaq yeni idarəetmə modelinə TƏBİB-dən və ya icbari tibbi sığorta sistemindən kənar bir şəxsin gətirilməsi istisna olunmur.
Görünən odur ki, icraçı direktorun gedişi sadə kadr dəyişikliyi deyil, bütövlükdə səhiyyə idarəçiliyində yeni mərhələnin başlanğıcı ola bilər.
Qeyd edək ki, sədrin səlahiyyətlərinin icrası direktorun müavini Anar İsrafilova həvalə olunub.
Azər, BakuPost
hегиги намизетлер. Егер hегигет созу бизим диле уjгун олмсаjды - реализимден данашардыг. Мухтелиф изимлер , инеjе jеhер jaрашан кими, бизим диле jaрашыр.