Ru
15:10 / 11 İyul 2026

Ceyhun Bayramov TRİPP-lə bağlı nəyə işarə edirdi?

Ceyhun Bayramov TRİPP-lə bağlı nəyə işarə edirdi?
Eye

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə müsahibəsində TRİPP layihəsilə bağlı maraqlı açıqlama ilə çıxış edib.

Nazirin sözlərinə görə, TRIPP layihəsi istiqamətində ilk danışıqlar ABŞ və Ermənistanla aparılır:

"Lakin marşrutun həm giriş, həm də çıxış hissəsi Azərbaycan ərazisindədir. Ona görə amerikalı həmkarlarımız tərəfindən layihənin gedişi ilə bağlı məlumatlandırılırıq. Hazırda sənədləşmənin hazırlanması işləri aparılır. Gözləntimiz ondan ibarətdir ki, bununla bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq”.

Görəsən bu yeni xəbərlər nə ola bilər?

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bakupost.az-a bildirib ki, TRIPP layihəsi ilə bağlı yaxın vaxtlarda yeni texniki və hüquqi detalların açıqlanması, eləcə də marşrutun fəaliyyət mexanizmini müəyyən edən sənədlərin hazırlanmasının başa çatdırılması gözlənilə bilər:

“Xarici işlər nazirinin səsləndirdiyi fikirlər göstərir ki, proses artıq daha praktik mərhələyə keçir. Bu isə tərəflər arasında konkret razılaşmaların əldə olunması ehtimalını artırır”.

Deputat qeyd edir ki, hazırkı mərhələdə əsas diqqət layihənin hüquqi çərçivəsinin formalaşdırılmasına və iştirakçı tərəflər arasında yekun razılaşmaların əldə olunmasına yönəlib:

Yaxın vaxtlarda marşrutun idarəetmə mexanizmi, təhlükəsizlik məsələləri və icra təqvimi ilə bağlı daha konkret məlumatların açıqlanması mümkündür”.

Həmsöhbətimiz onu da xatırlatdı ki, istənilən razılaşma Azərbaycan qanunvericiliyi, sərhəd və gömrük nəzarəti, eləcə də ərazi bütövlüyü prinsipləri əsasında həyata keçirilməlidir:

“Azərbaycan üçün əsas prinsip ölkənin suverenliyi və milli maraqlarının tam təmin edilməsidir. Əgər TRIPP layihəsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın güclənməsinə və sabitliyə xidmət edəcəksə, bu, müsbət qiymətləndirilə bilər. Lakin istənilən razılaşma Azərbaycanın qanunvericiliyi, sərhəd və gömrük nəzarəti, eləcə də ərazi bütövlüyü prinsipləri əsasında həyata keçirilməlidir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar