Çin administrasiyası ölkədəki texnologiya şirkətlərinə ChatGPT qadağası qoyub.
ChatGPT hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Hətta ChatGPT-nin Google-ı əvəz edəcəyi deyilir.
Bakupost.az xəbər verir ki, OpenAI tərəfindən hazırlanmış ChatGPT yanvar ayında 100 milyon istifadəçi həddini keçib. Çatı gündə təxminən 13 milyon fərdi istifadəçi ziyarət edir.
Çin hökuməti texnoloji firmalara platformaları vasitəsilə ChatGPT-ni qadağan edib.
Çin dövlət mediasında yer alan xəbərlərdə ABŞ-da yerləşən süni intellekt şirkəti OpenAI tərəfindən hazırlanan ChatGPT-nin yalan məlumatlar yaydığı ifadə edilib.
“China Daily” qəzeti ölkənin ən böyük sosial media platforması olan Weibo-da mövzu ilə bağlı yazı paylaşıb.
Yazıda ChatGPT-nin ABŞ-a "dezinformasiya və öz siyasi hekayələrini yaymaqda" kömək edəcəyi iddia edildi.
Qeyd edək ki, ChatGPT təbii insan dilini başa düşən, təsirli, təfərrüatlı və insana bənzər yazılı mətn hazırlaya bilən prototip danışıq və süni intellekt chatbotudur. Özünü insan kimi göstərən bu chatbot GPT-3.5 dil model sayəsində öz suallarına belə dəqiq cavablar verə bilir.
Aygün
BakuPost