Ru
23:57 / 21 Noyabr 2025

"Cloudflare"in işində yenidən nasazlıqlar yarandı

"Cloudflare"in işində yenidən nasazlıqlar yarandı
Eye

Xidmətlərindən bir çox internet resursunun istifadə etdiyi "Cloudflare" bulud servisinin işində texniki nasazlıqlar müşahidə olunur.

Bakupost.az bildirir ki, bu barədə məlumat saytların işindəki pozuntuları izləyən "Downdetector"da yer alıb.

Xüsusilə, "X" sosial şəbəkəsi də "Cloudflare" servisinin xidmətlərindən istifadə edir və hazırda onun da işində fasilələrin qeydə alındığı deyilir.

İstifadəçilər ən çox serverlə əlaqənin itməsindən (58%) şikayətlənirlər, bundan başqa, saytlar (34%) və domenlərin (8%) açılmadığı bildirilir.

Xatırladaq ki, noyabrın 18-də "Cloudflare"in işində təxminən beş saat davam edən texniki nasazlıq baş vermişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar