Ru
16:51 / 30 Sentyabr 2025

Dağıstanda polis idarəsini partlatmağı planlaşdıran şəxslər həbs edildi

Dağıstanda polis idarəsini partlatmağı planlaşdıran şəxslər həbs edildi
Eye

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı planlaşdıran dörd Buynaksk sakini barəsində həbs qətimkan tədbiri seçilib.

Bakupost.az xəbər verir ki, bu barədə Mahaçqala Sovetski Rayon Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, bir qrup şəxs qabaqcadan əlbir olaraq Buynaksk rayonundakı polis şöbəsinin binasında partlayış törətməyi planlaşdırıb.

Bildirilir ki, cinayət planını həyata keçirmək üçün təqsirləndirilənlərdən biri kustar üsulla partlayıcı qurğu hazırlamaq məqsədilə komponentlər əldə edərək evində saxlayıb.

“Mahaçqala şəhər məhkəməsi Buynaksk sakinlərindən dörd nəfərin barəsində həbs qətimkan tədbiri seçib”, –məlumatda qeyd olunub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd və partlayıcı qurğuların qanunsuz hazırlanması maddələri üzrə cinayət işi başlanıb.

Bakupost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar