Ru
09:53 / 27 Avqust 2025

Daha bir türk klubu Çempionlar Liqasının qrup mərhələsində - VİDEO

Daha bir türk klubu Çempionlar Liqasının qrup mərhələsində - VİDEO
Eye

Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, komanda ötən gecə pley-offun cavab oyunları çərçivəsində Şotlandiya "Seltik"i ilə heç-heçə edib - 0:0.
Bu komandalar arasında ilk görüş də bərabərliklə başa çatdığı üçün (0:0) penaltilər seriyası oynanılıb.

Burada 3:2 hesabı ilə üstün olan Almatı klubu əsas mərhələyə yüksəlib.

Görüşdən sonra azarkeşlər matçın oynanıldığı "Ortalyk Stadium"da və Qazaxıstan küçələrində "Kayrat"ın uğurunu coşqu ilə qeyd ediblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar