Ru
08:54 / 27 Avqust 2025

Siçovulların beyninə süni intellekt yerləşdirildi

Siçovulların beyninə süni intellekt yerləşdirildi
Eye

Rusiyanın "Neiry" biotexnoloji laboratoriyası beyninə süni intellekt implantasiya edilmiş siçovullar haqqında məlumat verib.

Bakupost.az bildirir ki, alimlər "RIA Novosti"yə müsahibəsində süni intellektin tətbiqinin onların normal davranışına təsir etmədiyini: gəmiricilər ətrafındakılara maraq və iştahalarını qoruyub saxladıöınl deyiblər.

Süni intellektdən istifadə etməklə keçirilən təlim gündə 30 dəqiqədən 1 saata qədər davam edir.

Mütəxəssislər vurğulayırlar ki, siçovullar elektrod vasitəsilə beyin stimullaşdırılmasını məcburiyyət kimi deyil, işarə kimi qəbul edir və mükafat axtararaq tez öyrənirlər. Neyrointerfeys gəmiriciləri öz iradəsindən məhrum etmir: elektrod vasitəsilə ötürülən siqnalı, məsələn, bığlara yüngül toxunuş kimi hiss etmək olar. Əgər siçovul toxdursa və ya yorğundursa, neyrointerfeys işini dayandırır.

"Yəni stimullaşdırmanın köməyi ilə biz robot kimi siçanı düzgün istiqamətə dönərək idarə etmirik", - deyə laboratoriyadan izahat verilib.

2024-cü ilin noyabrında rus alimləri dünyada ilk olaraq siçovulun beyninə süni intellekt yeridiblər. Neyrointerfeys beyinin xüsusi sahələrini stimullaşdırmaq üçün elektrodlardan istifadə edərək, gəmiricidə "bəli" və "yox" cavabları ilə əlaqəli xüsusi hisslər yaradır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar