Ru
09:23 / 27 Avqust 2025

"Qarabağ" bu gün həlledici matça çıxır

"Qarabağ" bu gün həlledici matça çıxır
Eye

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhəlsində həlledici matça çıxacaq.

Bakupost.az xəbər verir ki, Ağdam klubu Bakıda Macarıstan təmsilçisi “Ferentsvaroş”u qəbul edəcək.

Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar