Ru
12:25 / 07 May 2026

Daha çox addımla, daha çox internet qazan! - "Azercell"dən yeni kampaniya

Daha çox addımla, daha çox internet qazan! - "Azercell"dən yeni kampaniya
Eye

"Azercell Telekom” MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ “GiqaAddım” kampaniyasına start verir.

Bakupost.az xəbər verir ki, təşəbbüs sağlam həyat tərzinin və gündəlik fiziki aktivliyin təşviqini hədəfləyir. İndi Azercell abunəçilərinə gündəlik atdıqları addımlar müqabilində mobil internet qazandırır.

Belə ki, “GiqaAddım” kampaniyası çərçivəsində mobil operator gün ərzində 10.000 addım atan abunəçilərinə 1GB internet hədiyyə edir. Bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə isə 5GB internet təqdim edilir.

Kampaniya tamamilə rəqəmsal şəkildə “Azercell” mobil tətbiqi üzərindən idarə olunur. Kampaniyada iştirak etmək üçün abunəçilər “Azercell” mobil tətbiqini yeniləməli, daha sonra “İndi qoşul” bölməsi vasitəsilə cihazlarında “Sağlamlıq” tətbiqinə giriş icazəsi verməlidirlər. Abunəçilər atdıqları addımları və bonusları izləmək üçün mütəmadi olaraq Azercell tətbiqinə daxil olmalıdırlar.

Gündəlik və həftəlik hədəflər tamamlandıqdan sonra bonusları birbaşa tətbiq üzərindən aktiv etmək mümkündür. Qazanılmış internet paketləri aktivləşdirildiyi andan etibarən 24 saat müddətində etibarlı olacaq.

“GiqaAddım” kampaniyası fakturasız xətt üzrə “DigiMax” və “Premium+”, fakturalı xətt üzrə isə “SuperSən” və “Premium” tarif abunəçiləri üçün təqdim olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar