Ru
10:59 / 23 Yanvar 2026

Deputat "Azəri" sözünə etiraz etdi

Deputat "Azəri" sözünə etiraz etdi
Eye

“Azəri” sözünün bizə dəxli yoxdur.


Bakupost.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran deyib.

“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyid münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, - deyə deputat bildirib.

Deputat Hikmət Babaoğlu bildirib ki, "Azər", ya da "Azəri" sözündən imtina etməklə özümüzdən, dövlətimizdən imtina etmiş oluruq: "Azər" 7 əsrdə Orxan abidələrində Tonyukuk daşında yazılıb. Tonyukukda qeyd edililir ki, mən "Az əriyəm". Sonra da etnik azların Baytayda, yəni tayqanın zənginliklərində yaşadığını yazır. Deyilir ki, bizə "Azəri" adını Stalin verdi. Onda Təbəriyə nə deyək?! Bizin etnik kökümüzün adı "Az"-dır. “İranda "Azəri" adında etnik qrup var” fikri uydurmadır: Bunu lupa ilə axtarsanızda tapa bilmərsiz".




Şərhlər
  • Bəhrami

    İran Dövlətində fars və digər azsaylılardan fərqləndirmək üçün Azərbaycan bölgə sakinlərini qısaca-azəri, ya azərbaycanlı adlandırmaqdan rasional söz yoxdur. Səhv etmiş ola bilərəm? Əmma, Osmanlı iflasa çəkiləndən Aşağı-yeni(rus)şəhərindən Urmiyə, Həştərxandan hazırki Türkiyə sərhədlərinə qədər ətraf dünya siyasəti və dövlətləri (başsız?) böyük Qafqaz ilinin, ya feod kimi ərazi ədavətli qardaş xanların birliyi Azərbaycan şahlığının qurulacağını əsrlər boyu gözləyiblər? Çarlığa ittifaq qəbul edilməyib, quberniya və uyezdlərlə əvəzlənib? Söz və dövlət təşkilatlarında önlük *Az*, yəni Azərbaycan tam aydın və rasionaldır! SSRİnin azı yarım əsrlik *Sovet Türkcəsi* dil birliyinə belə cəhdi-cürət vermədiyi kimi hazırki TDT da çox kövrək yalnız və tam da olmayan irsi birliyə bənzəyir? *QƏRB*in daha üstün-səmərəli demokrat texnoloji-insan münasibətləri SSRİnı 70 il sonra da olsa, təslimə-özünü və dünyəvi azı 29 SB dövlətini buraxmağa məcbur etmədimi? Hər yeni məfhum, məram, İş birliyi də texniki, texnoloji layihələr kimi hesabi-təkzib edilməz səmərəli olmalı deyilmi? Yoxsa, 67 il qurulanları KİMlərsə bir dövrü-fürsətə məhv etsin, sonra illərlə bərpaya çalışasan və ya onlarla milyardlar məsrəf edəsən ki, sərvət-kapitalın tam-üstün yüksək qazancla ödənməmiş yarı yolda qalasan? *Sovxoz* islahatı təşəbbüskarı N.Xruşovun şəxsi *Stalinqrad* adının *Volqoqrad*a dəyişmə təşəbbüsü Sovet Dövlətini ilk üç ildə 800 milyon rubl ziyana saldı və sonrakı on illər də əlavə xərcləri ilə artıq-izafi kargüzar işlərinə məcbur etmədimi? Dəhşətli *Repressiya* qurbanına qarşı Stalinin göstərişi iləmi, yoxsa, digər aşağı və üç yüksək hüquqi-ədalət vəzifəlinin qərarı üzrə icra edilirdi? SS Nasizminə qarşı müharibəni bütövlükdə tam 1418 gününü İ.V.Stalin yüksək *Hərbi Stavka*nın geniş-dərin məsləhətləri ilə idarə edib! Ən sadə məsələni də aid və uyğun mütəxssislərin və istifadəçilərinin mövqeyini təhlil etmədən səmərəli olacağı mümkün görünmür?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar