Ru
14:45 / 01 Fevral 2020

Deputatlığa namizəd ağır qəza keçirdi – FOTOLAR

Deputatlığa namizəd ağır qəza keçirdi   – FOTOLAR
Eye


104 saylı Tovuz- Gədəbəy Seçki Dairəsindən deputatlığa namizəd Nazim Məmmədov (Bəydəmirli) qəzaya düşüb.

Bu barədə BakuPost-a namizədin özü məlumat verib.

O bildirib ki, Gədəbəyin rayonunun İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndində qəza keçirib: "Qəza ilə əlaqədar Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşlərimizi təxirə salmalı olduq. Deyəsən, xalqımız demiş "göz dəydi".. Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq".

N.Məmmədovun təqdim etdiyi fotolardan görünür ki, qəza ağır olub. Avtomobil aşaraq yararsız hala düşüb.

Qeyd edək ki, Nazim Məmmədov həmin dairədən 2005-2010-cu illərdə parlamentdə deputat olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar