Ru
14:04 / 15 Fevral 2017

“Dərmanlarla intihar daha asan yol olduğu üçün…” - Professor

“Dərmanlarla intihar daha asan yol olduğu üçün…” -  Professor
Eye

"İntiharların
artması cəmiyyətdə sosial durumla bağlıdır. Düzdür bunlar Avropa, dünyanın
inkişaf eləmiş ölkələrində də var. Amma sosial mənşəli intiharların sayı Azərbaycanda
xeyli çoxalıb”.


Bu sözləri BakiPost.az-a açıqlamasında tanınmış həkim,
professor Adil Qeybulla deyib. O bildirib ki, dərman vasitələrindən və müxtəlif
zəhərli maddələrdən istifadə edərək intihar etmək halları daha geniş yayılıb: "Ümumiyyətlə,
intihar vasitələri çoxdur. Özünəqəsd üçün bu vasitələrdən, toksiki maddələrdən,
zəhərlərdən istifadə eləmək dünya praktikasında geniş yayılıb. Dərman vasitələrindən,
müxtəlif zəhərli maddələrdən istifadə edərək intihar etmək daha asan yol olduğu
üçün, əksəriyyət bu yola əl atır.


Dərman maddəsi müalicə üçün müəyyən dozada toksiki
effektə malikdir. Ona görə də normadan artıq istifadə etmək olmaz. Elə dərmanlar
var ki, onlar güclü təsirə malikdir. Onların dozasının artırılması çox ciddi fəsadlara
və ölümə gətirib çıxara bilər. Hər halda bu intiharların Azərbaycanda geniş
yayılması çox ciddi hadisədir. Azərbaycan həmişə sosial ölkə olub. İnsanlar
daim ünsiyyətdə olub. Son vaxtlar bu ünsiyyətlərin məhdudlaşdırılması
insanların daha çox özünə qapanmasına, çıxış yolu tapmamasına gətirib çıxarır.
Bu, intiharların əsasında dayanan faktorlardan biridir”.


Adil Qeybulla qeyd edib ki, ölümə səbəb ola biləcək
digər dərmanların adlarını açıqlayıb:
"Adrenalin çox güclü təsirə malik dərmandır.
Onun bir ampluasının damara vurulması ölümə gətirib çıxara bilər. Başqa dərmanlar
var ki, onlar ürək-damar sisteminə təsir edir. Yağ mənşəli müxtəlif maddələrin
venaya vurulması da dərhal ölümə səbəb olur. Bu cür dərmanlar çoxdur. İstənilən
dərman vasitəsi müəyyən dozada toksiki effektə malikdir. Yəni bir dozada dərmandır,
digər dozada zəhər”.


Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş
toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent
İsmayıl Əfəndiyev bildirib ki, kimyəvi zəhərlənmələrin çoxu dərmanlardan baş
verir: "Xəstələrin 32 faizi dərmanlardan zəhərlənib. Dərman zəhərlənmələri
daha çox əsəbə qarşı - sedativ tərkibli dərmanlardan baş verib. Onların əksəriyyəti
intihar xarakterli zəhərlənmələr olub. Ümumiyyətlə, böyüklərdə dərman zəhərlənmələri
əsasən sui-qəsd xarakterli olur”.


O qeyd edib ki, ötən il kimyəvi zəhərlənməyə məruz
qalanların 893 nəfəri, yəni 40 faizi (ötən il 30 faizi) bunu özünə sui-qəsd etmək
məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə cavan qadınlar olub.
Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər.

 

Sevinc Yasinqızı

Bakı Post


***

REDAKSİYADAN:

Oxucuların diqqətinə çatdıraq ki, istənilən intihar növü cisim və ruh üçün dəhşətli ağırdır, əziyyətlidir. İntiharın asan, ağrısız yolu yoxdur.

Psixiatrların dediyinə görə, özünü hündürlükdən atan, kəndirdən asan insanlar son anda ölməkdən vaz keçiblər. Bunu xilas edilən insanlar etiraf edib.

Son anda onlardan hər biri arzulayıb ki, kaş ki, kimsə onu xilas edə.

Dərman içməklə zəhərlənmə isə orqanizmə geridönməz zərbə vurur.

Dərman intoksikasiyasından insan asanlıqla ölmür. Xəstəxanaya düşüb xilas edildikdən sonra onların bədənində, beynində, qaraciyərində problemlər yaşanır və bu problemlər dəhşətli ağrılarla müşayiət olunur.

Sirkə, kimyəvi maddə içənlərin qida borusu, mədəsi yanıq xəsarəti alır və onlar aylarla yemək yeyə bilmirlər.

İntihar nəinki İslam dini, həmçinin bütün dinlərdə Allah yanında ən böyük günahlardan hesab olunur.

Din intihar edən insanın ruhunun o biri aləmdə xüsusi yerə düşəcəyini və çıxış yolu tapmayacağını bildirir.

Nəsil ailə sisteminə görə intihar ağır karma yaradır və nəsildə biri intihar edərsə, o nəsildə bu kimi hallar gələcək nəslə təsir edir.

Maraqlısı budur ki, intihardan xilas edilənlər sonradan yaşamaq uğrunda mübarizə aparır və həkimlərə “ölmək istəyirəm” nadir halda deyir. Adətən bir dəfə intihara cəhd edən ikinci dəfə bunu etmir.

İntihar çıxış yolu deyil! İntihardan qaçın!



Şərhlər
  • Aytac sərkarova

    Mende ölmək istəyirəm. İnsAllah alınar bu gün

  • Bilinmien biri

    Hərşeydən bezmisem sağolun.Sm

  • Vusal

    02.08.25 Bu heyatda yasamaga deymir...onun ucunde ölmeyi secdim....Bu da menden bir xatire qalsin...

  • İlyas ismiyev

    Rahat ölum isdiyirəm elə dərman adı bilən varmı içəm yatam sabah durmuyam heç olmasa ölumusə özmuz seçək

  • İlyas ismiyev

    Ay maşşalah mən eləbildim təkəm ölməy 7sdəyən

  • Damla

    Özümü hansı heblerle öldürə bilerem?

  • Ayten

    Son mesajida ataq anı olaraq qalsın

  • M.Q

    O adil qeybulla prifessor yox, heç itin poxu da deyil. İt oğlu it intiharın yollarını deyir insanlara. Necə də qəhbə adamlar var imiş.

  • Saleh

    Hərşeydən çox sıxılmışam. Çox maraqsızdı yaşamaq. Nə vaxt yaxşı olmağa çalışsam daha da çökürəm. Çox yorulmuşam. Ölüm tək çarədi mənim üçün..

  • Lalə Xankişiyeva

    Ali Təhsilli biri olaraq iş tapmıram və buna görədə özümü öldürmək qərarına gəldim

  • Elena Vhelizade

    Salam bu gun özmu öldrəcəm. Öznzə yaxşı baxın sevgiylə qalın❤️

  • Elvin

    Salam Hamıya.Mən öz Səhvlərimə Görə Çox əzab Çəkdim.Çalışsın Yalan danışmasın Heç kim.Ailəmi Utandırdım Yaxınlarımı utandırdım.Uşağlığdan Çox Səhvlər elədim.Mən Ailəmi,övladlarımı çox Sevirəm,Ardaşlarımı çox Sevirəm.ALLAH Özü şahiddir Mən Ondan Yalnız Ailəmə Gözəl Həyat Yaşatmağı isdəmişəm.Mən Hər kəsə Yaxşı olmağa Çalışmışam.Hər kəsə Yaxşı olmuşam.Kimsənin Qəlbini Qırmamışam.Bu Həyat Ədalətli deyil.Mən ALLAHDAN İstədiklərimin əksinə İstəmədiyim şeyləri yaşamışam.Artığ yorulmuşam.Bezmişəm.Sizlərə Tövsiyyəm Ailənizi Çox Sevin.Özünüz Nəsə edin Həyatda.Mən 1 Səhvdə geri getdim və düzəlmədi.Hər şey tərs getdi.Ona gprə bu da SON.Dərmanla intihar.Doğum 27.08.85. Ölüm 02.04.25

  • 17

    Menimle o qeder xeyallar qurdu indi ise bizden heç baxt birde olmaz deyir)) Döze bilmirem artiq

  • Mende olmey isteyirem

    Fkirmide sucovul zeherdi cox yorlumasam artiq tukemisem

  • Cavid Yusifli

    Mənə ayrılan vaxtın sonuna gəldim Əlvida məni sevmiyən yalandan sevənlər insanlar tez unudulacam

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar