ABŞ dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib.
Bakupost.az xəbər verir ki, Rubio bu barədə Hindistanın paytaxtı Nyu-Dehlidə jurnalistlərə açıqlamasında danışıb.
"Hazırda sizin üçün konkret xəbərim yoxdur, amma ola bilsin ki, bu günün sonunda müəyyən məlumat ortaya çıxsın. Bəlkə də, olmayacaq. Ümid edirəm ki, olacaq, amma hələ əmin deyiləm", - deyə o bildirib.
Rubio qeyd edib ki, hazırda da danışıqlar üzərində iş davam edir.
"Bəzi irəliləyiş əldə olunub. Mən sizinlə danışdığım anda belə proses gedir. Ola bilər ki, bu günün sonunda, sabah və ya bir neçə gün ərzində açıqlanacaq nəsə olsun", - deyə ABŞ diplomatiyasının rəhbəri əlavə edib.