Məktəblərdə tədrisin səmərəliliyini təmin edən əsas amillərdən biri dərs cədvəllərinin düzgün və ədalətli tərtib olunmasıdır. Təəssüf ki, bəzi hallarda dərs hissə müdirləri bu prosesi Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında deyil, şəxsi yanaşmalar və maraqlar üzərində qururlar. Nəticədə xüsusilə ikinövbəli məktəblərdə musiqi, texnologiya, təsviri incəsənət və fiziki tərbiyə kimi fənlər arxa plana keçir, “əsas fənlər” isə önə çəkilir. Halbuki təhsil prosesində hər bir fənnin özünəməxsus rolu və şagirdin inkişafında mühüm əhəmiyyəti var. Bu isə vacib sualları gündəmə gətirir.
Dərs cədvəlləri hansı prinsiplərə əsasən tərtib olunmalıdır və ümumiyyətlə “əsas” və “ikinci dərəcəli” fənlər bölgüsü nə dərəcədə doğrudur?
Suallarımızı təhsil eksperti Tuqay Rzazadə cavablandırıb.