Ru
19:07 / 18 Oktyabr 2025

Dilan Polat özünü körpüdən atmaq istəyib? - Foto

Dilan Polat özünü körpüdən atmaq istəyib? - Foto
Eye

Xəbər verdiyimiz kimi, türkiyəli məşhurdan götürülən narkotestlərin nəticələri zamanı fenomen Dilan Polatın cavabları müsbət çıxıb.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, fenomenin bu gün körpüyə çıxaraq intihara cəhd etdiyi iddia olunub. Çıxan məlumatlarda Dilanın həyat yoldaşı Engin Polat və polislərin səyi nəticəsində bu fikrində daşındığı deyilib.

İddiaların yayılmasına səbəb Dilanın ötən gün "Yetər artıq, belə dünyada yaşaya bilmirəm" deyə, paylaşım etdikdən sonra onlayn olmaması olub.

Lakin bir müddət sonra Engin məsələyə münasibət bildirərək xəbərləri təkzib edib:

"Bacısıgilə gedərkən Dilan anidən özünü narahat hiss edib. Körpünün çıxışında maşını saxlayıb və mənə zəng vurub. Hadisə budur".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar